XİDMƏTLƏR  



Ünvan: Sabunçu rayonu, Maştağa qəsəbəsi, Axund Şeyx Hüseyn küç. 69/71, AZ1039
Telefon: (+994 12) 455 10 91
Telefon: (+994 12) 455 03 13
Fax: (+994 12) 455 05 74
E-mail: info@rpx.az


YENİLİKLƏR  

Ümumazərbaycan Psixiatrik Konfransı
23 dekabr 2014

23.12.2013-cü il tarixdə ənənəvi olaraq 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında hər ilin sonunda təşkil olunmuş ÜMUMAZƏRBAYCAN PSİXİATRİK konfransına respublikamızın bir çox yerlərindən Sumqayıt, Lənkəran, Şəki, Quba, Qazax, Gəncə, Ağdam, Salyan, və s. bölgələrindən Ruhi Əsəb Dispanserləri və kabinet psixiatrları dəvət olunmuşdur. Konfransa respublikanın baş psixiatrı prof. Gəray Gəraybəyli ilə bərabər bir çox professor və baş həkimlər dəvət almışdı.

Konfransı giriş sözü ilə açan xəstəxananın baş həkimi ten. Ağahəsən  Rəsulov konfransı açıq elan edərək, ilk sözü baş psixiatr prof. Gəray Gəraybəyliyə verdi.

Konfransın gündəlik mövzusunda Azərbaycan Psixiatriya jurnalının nəşri, məcburi ambulatoriya müşahidəsinin bu günkü problemləri, nadir rast gəlinən sindromlar və s. haqda məruzələr olundu. Eyni zamanda prof. G.Ç.Gəraybəyli, prof. N.V.İsmayılov, prof. B.M.Əsədov, baş həkim A.R.Rəsulovun iştirakı ilə Azərbaycan Psixiatriyasının hazırkı bir sıra problemləri, yerlərdə psixiatr işinin təşkili və "Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının Qanunu", "Qeyri könüllü hospitalizasiya" haqqında ərizənin tərtib olunması və bu barədə məhkəməyə müraciət qaydaları konfrans iştirakçıları ilə birlikdə müzakirə olundu, ortaya çıxan bəzi məsələlərə aydınlıq gətirildi.

Konfransın daha maraqlı hissəsindən biri də Azərbaycan Respublikası 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının rəsmi rpx.az saytının təqdimatı və Azərbaycan Psixiatriyası tarixində ilk dəfə olaraq məhz həmin xəstəxanada tətbiq olunacaq Elektro Konvulsiv Terapiya kabinetinin təqdimatı oldu. Ətraflı müzakirələrlə davam edən konfrans baş həkim A.Rəsulovun iştirakçıların qarşıdan gələn "Dünya Azərbaycanlılaının həmrəylik günü" və Yeni il münasibəti təbriki ilə başa çatdı.