XİDMƏTLƏR  



Ünvan: Sabunçu rayonu, Maştağa qəsəbəsi, Axund Şeyx Hüseyn küç. 69/71, AZ1039
Telefon: (+994 12) 455 10 91
Telefon: (+994 12) 455 03 13
Fax: (+994 12) 455 05 74
E-mail: info@rpx.az


YENİLİKLƏR  

Reablitasiya Şöbəsi Kapellhausda
19 mart 2014

19.03.2014-cü il tarixdə Bakıda Kapellhaus Almaniya Azərbaycan Mədəniyət Mərkəzində Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının “Reabilitasiya” şöbəsinin pasiyentlərinin növbəti “Novruz şənliyi” adlı tədbiri keçirildi.

Tədbirdə Almaniya, Hollandiya və Litvanın ölkəmizdəki səfirləri, bir çox avropa ölkələrindən olan diplomatik korpus əməkdaşları Səhiyyə Nazirliyinin rəsmiləri, Respublikanın baş psixiatrı prof. G.Ç.Gəraybəyli, Azərbaycan Psixiatriya Assosiasiyasının prezidenti prof. N.V.İsmayılov, prof. T.Ə.Qafarov, prof. F.N.İsmayılov və bir çox rəsmi qonaqlar iştirak edirdilər.

Tədbiri giriş sözü ilə Almaniya Federativ Respublikasının ölkəmizdəki səfirı Xanım, Haydrun Templ və Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov açaraq tədbir iştirakçılarını və pasientləri bayram münasibəti ilə təbrik etdilər. Hörmətli səfir, Haydrun Templ cəmiyyətin diqqətini ruhi pozuntudan əziyyət çəkən şəxslərə cəlb etmək üçün belə tədbirlərin keçirilməsinin əhəmiyyətli olduğunu vurğuladı. Xəstəxananın baş həkimi Ağahəsən Rəsulov da öz növbəsində bu kimi yaradıcılıq işlərinin xəstələrin sağalamlığında böyük rol oynadığını, onların cəmiyyətə inteqrasiya etməsində inam hissi yaratdığını xüsusilə qeyd etdi.

Tədbirdə xəstələrin iştirakı ilə görkəmli musiqişünas alim Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” musiqili komediyasından səhnə, milli rəqs və musiqi nömrələri təqdim olundu. Bundan əlavə tədbirdə xəstələrin ifasında “Həyat”, “La Paris” və s. pantomim səhnələri tamaşaçıların xüsusi alqışına səbəb oldu. Qeyd etmək lazımdır ki, pantomim nömrələr ilk dəfə olaraq profesional səhnədən sonra 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının Reablitasiya qrupunun pasiyentləri tərəfindən səhnələşdirilmişdir.

Eyni zamanda tədbirin sonunda reablitasiya proqramında iştirak edən xəstələrin hazırladıqları əl işləri və çəkdikləri  rəsm əsərlərinin sərgisi qonaqlara təqdim olundu.